Ermənistan Rusiya ilə münasibətlərin inkişafı üçün səy göstərir - Arşakyan
Ermənistan-Rusiya dövlətlərarası münasibətləri mühüm əhəmiyyət kəsb edir. Ermənistan tərəfi onların inkişafı üçün səy göstərməyə hazırdır.
Redaktor.az xəbər verir ki, bu sözləri Ermənistan parlamentinin vitse-spikeri Akop Arşakyan Ermənistan Milli Assambleyası (MM) və Rusiya Federasiyası Federal Məclisi arasında əməkdaşlıq üzrə parlamentlərarası komissiyanın 38-ci iclası zamanı deyib.
Ermənistan parlamentinin vitse-spikeri, Parlamentlərarası Komissiyanın həmsədri Akop Arşakyan parlamentlərarası dialoqun gücləndirilməsi istiqamətində Parlamentlərarası Komissiyanın fəaliyyətini xüsusi qeyd edib. Münasibətlərin hər iki ölkənin maraqlarına uyğun inkişafı üçün səy göstərməyə hazır olan Arşakyan ikitərəfli münasibətlərin inkişafına yönəlmiş bir sıra işgüzar görüşlərin və tədbirlərin əhəmiyyətindən danışıb.
“Biz gözləyirik ki, regionlararası əməkdaşlıq ticarət-iqtisadi sahədə regionlar arasında ənənəvi əməkdaşlığın gücləndirilməsi ilə yanaşı, elm və təhsil sahəsində ikitərəfli əməkdaşlığın inkişafına yeni təkan verəcək. Biz bu sahələrdə malik olduğumuz iqtisadi və intellektual potensialdan daha səmərəli istifadə etməliyik”, - deyə o qeyd edib.
Türkan İSGƏNDƏRLİ