İsrailin Livana hücumu nəticəsində daha iki tibb işçisi həyatını İTİRDİ
İsrailin Livanın cənubundakı Sur şəhərində bir bölgəyə hücumu nəticəsində daha iki tibb işçisi həyatını itirib.
Redaktor.az xəbər verir ki, Livanın Səhiyyə Nazirliyi İsrail ordusunun Livanın cənubundakı Sur şəhərinin Qana bölgəsində tibb işçilərini hədəf aldığını açıqlayıb.
Açıqlamada, İsrailin beynəlxalq qanunları və humanitar normaları pozmağa davam etdiyi və İslam Sağlamlıq Təşkilatı və Mülki Müdafiədən 2 tibb işçisinin hücumda həyatını itirdiyi bildirilib.
Seymur BƏNNAYEV