Livandan ABŞ-nin atəşkəs təklifinə CAVAB
Livan hökuməti ABŞ-nin atəşkəs təklifinə yazılı cavab verib.
Redaktor.az xəbər verir ki, Livan mediası Livan hökumətinin ABŞ-nin atəşkəs təklifinə yazılı cavab verdiyini yazıb.
ABŞ Dövlət Departamentinin sözçüsü Metyu Miller İsrail və Hizbullah arasında BMT Təhlükəsizlik Şurasının 1701 saylı qətnaməsinin tam icrasını təmin edəcək atəşkəs razılaşmasında irəliləyişin əldə edildiyini bildirib.
ABŞ mətbuatında çıxan xəbərdə ABŞ Prezidenti Co Baydenin baş müşaviri və Livan xüsusi nümayəndəsi Amos Hokşteynin razılaşma ilə bağlı qısa müddətdə Livana səfər edəcəyi bildirilib.
Seymur BƏNNAYEV