İsrailin hava hücumu sıradan çıxıb
İran silahlı qüvvələri aprelin 13-də və oktyabrın 1-də İsrailə vurduğu zərbələr zamanı İsrailin "Dəmir günbəz" hava hücumundan müdafiə sistemini zəiflədib.
Redaktor.az xəbər verir ki, bunu İslam İnqilabı Keşikçiləri Korpusunun general-mayoru Qulamrza Süleymani deyib.
“Sionist rejim hərbi uğursuzluğa düçar olub. Onların “Dəmir günbəz” adlanan “Əsl vəd” birinci və ikinci əməliyyatları zamanı zərərsizləşdirilib və indi müqavimət qüvvələrinin raketləri hər gün işğal olunmuş ərazilərdəki hədəfləri uğurla vurur”, - o qeyd edib.
Süleymani həmçinin İsrailin uğursuzluğa düçar olduğunu və indi yalnız ABŞ-ın dəstəyinə arxalanaraq sağ qaldığını dünyaya çatdırmağın vacib olduğunu vurğulayıb.
Türkan İSGƏNDƏRLİ