Aİ dərin böhran yaşayır - Lavrov

 17:59 19.11.2024     77

Avropa İttifaqı dərin böhran yaşayır. Bütün bunlar cəmiyyətin və bir çox ölkələrinin müəyyən etirazına səbəb ola bilər.

Redaktor.az xəbər verir ki, bu sözləri Rusiyanın xarici işlər naziri Sergey Lavrov G20 sammitində iştirakdan sonra keçirilən mətbuat konfransında deyib.

“Avropa İttifaqı, məncə, konseptual böhran da daxil olmaqla, daha çox paytaxt Brüsselə qulaq asmaq istəmədiyi, bürokratların məskunlaşdığı, heç kim tərəfindən seçilmədiyi və yalnız siyasətin həyata keçirilməsi ilə məşğul olduğu bir böhran yaşayır. Nəticələrdən biri artıq enerjinin bahalaşmasıdır, enerjinin qiyməti ABŞ-dan 3-4 dəfə yüksəkdir", - deyə nazir qeyd edib.

Türkan İSGƏNDƏRLİ