Ağ Evin əməkdaşları Baydenə çağırış etdi: İsrailə hərbi yardımı dayandır!

 23:05 19.11.2024     154

Ağ Evin bir qrup əməkdaşı ABŞ Prezidenti Co Baydenə məktub göndərərək, ABŞ administrasiyasını İsrailə hərbi yardımı dayandırmağa çağırıb.

Redaktor.az xəbər verir ki, Ağ Evin 20-yə yaxın aktiv işçisi bu günə qədər İsrailə qarşı siyasətini dəyişməmiş ABŞ rəhbərliyini İsrailə hərbi yardımı kəsməyə çağırıb.

Məktubda adı açıqlanmayan Ağ Ev işçiləri oktyabrın 13-də İsrailə göndərilən və dövlət katibi Antoni Blinken və müdafiə naziri Lloyd Ostinin imzaladığı və humanitar yardımların daxil olmasının konkret artırılmasını tələb edən məktuba uyğun olaraq tədbir görülməsini istəyib.

Seymur BƏNNAYEV