Ukrayna danışıqlara HAZIRDIR

 13:08 20.11.2024     64

Ukrayna istənilən formatda danışıqlara hazırdır. Lakin indi Moskva ilə danışmaq üçün ona daha çox silah lazımdır.

Redaktor.az xəbər verir ki, bu barədə Kiyevin Avropa İttifaqında ( Aİ) rəsmi nümayəndəsi Vsevolod Çentsov bildirib.

“Bizim istənilən danışıqlara hazır olmağımız vacibdir. Amma indi bizə daha çox silah, daha çox hava hücumundan müdafiə sistemləri lazımdır. Bu baş verəndə bizim mənalı və ədalətli sülh əldə etmək şansımız olacaq”, - diplomat qeyd edib.

O, bildirib ki, Kiyev öz avropalı müttəfiqlərinə təzyiq göstərməyə davam edərsə, onlar Vaşinqtonun ardınca Rusiyanın dərinliklərində uzaqmənzilli silahlarla zərbələr endirmək barədə oxşar qərarlar verəcəklər .

Türkan İSGƏNDƏRLİ