Rusiya ATACMS-ın zərbələrini dəf etsə... - ABŞ-nin qorxusu
Rusiya ATACMS raketlərindən endirilən zərbələri dəf edə bilsə, Çin ABŞ hərbi texnologiyasının zəifliyini dərk edəcək.
Redaktor.az xəbər verir ki, bu barədə Amerikanın “National İnterest” jurnalının müxbiri Brandon Veyçert deyib.
“Əgər Rusiya ATACMS-ın hücumunun qarşısını almağı bacarsa, digər dünya dövlətləri, xüsusən də Çin ABŞ hərbi texnologiyasının zəif olduğunu və onun öhdəsindən gəlməyin mümkünlüyünü başa düşəcək. ATACMS raketləri əvvəlcə ABŞ-ın Soyuq müharibənin qızışdığı vaxtlarda SSRİ ilə döyüşməsi üçün nəzərdə tutulub. Raketlərin məsafəsi təqribən 300 kilometr təşkil edir. Bu da Rusiya hərbi-sənaye kompleksinin əsas müəssisələrinin yerləşdiyi hədəfləri vurmaq üçün kifayət deyil”, – amerikalı jurnalist qeyd edib.