ABŞ-nin Kiyevdəki səfirliyi fəaliyyətini bu vaxt bərpa edəcək

 23:10 20.11.2024     193

Mümkün təhlükəsizlik təhdidlərinə görə bağlanan ABŞ-nin Kiyevdəki səfirliyi noyabrın 21-də normal fəaliyyətini bərpa edəcək.

Redaktor.az xəbər verir ki, bu barədə Amerika Dövlət Departamentinin mətbuat xidmətinin rəhbəri Metyu Miller bildirib.

“Kiyevə mümkün ciddi hücum təhlükəsinə görə, biz səfirliyi bağlamaq məcburiyyətində qaldıq. Bu məsələ çox ciddidir. Biz səfirliyin sabah normal fəaliyyətinə dönəcəyini gözləyirik. Təhlükənin təfərrüatlarına girə bilmərəm, lakin biz həmişə onu diqqətlə izləyirik", - diplomat qeyd edib.

O əlavə edib ki, söhbət diplomatik missiya əməkdaşlarının təhlükəsizliyinin təmin edilməsindən gedir. Millerin sözlərinə görə, bununla bağlı amerikalı diplomatlardan heç biri Ukraynanı tərk etməyib. Sadəcə işə gəlmək istəyənlər bu gün gəlməyib. 

Türkan İSGƏNDƏRLİ