İsrail antisemitizm yalanına SIĞINDI

 20:30 21.11.2024     185

İsrail Baş Naziri Ofisi baş nazir Benyamin Netanyahu və keçmiş müdafiə naziri Yoav Gallant haqqında həbs qərarı çıxaran Beynəlxalq Cinayət Məhkəməsini (ICC) "antisemitizm"də ittiham edib.

Redaktor.az xəbər verir ki, Baş nazirlikdən edilən yazılı açıqlamada, BCM-in Qəzzada törətdikləri hərbi cinayətlər və insanlığa qarşı cinayətlərə görə Netanyahu və Gallant haqqında həbs qərarı verməsinin "antisemit" bir qərar olduğu iddia edilib.

BCM-in “qərəzli və ayrı-seçkilik etdiyi” vurğulanan açıqlamada Netanyahu və Gallanta qarşı irəli sürülən ittihamların “əsassız” olduğu iddia edilərək rədd edildiyi bildirilib.

Bəyanatda həmçinin BCM-in baş prokuroru Kərim Xan və Netanyahu ilə Gallant üçün həbs qərarı çıxaran hakimlər haqqında müxtəlif iddialar yer alıb.

Seymur BƏNNAYEV