Rusiya ilə münasibətləri düzəltmək lazımdır

 20:37 21.11.2024     130

Moldovanın Baş naziri Dorin Reçan Ukraynada hərbi əməliyyatların dayandırılmasından sonra Rusiya ilə münasibətlərin bərpasının zəruriliyini bəyan edib.

Redaktor.az xəbər verir ki, bu barədə mediaya açıqlamasında deyib.

"Bu gün bizim Rusiya Federasiyası ilə çox gərgin münasibətlərimiz var. Münasibətlərin normallaşmasına ehtiyac var. Bunun üçün hələ gec deyil" - o qeyd edib.

Xatırladaq ki, Moldova ilə Rusiya arasında münasibətlər Maya Sandu 2020-ci ildə keçirilən prezident seçkilərində qalib gəldikdən sonra pisləşməyə başlayıb.

İki il əvvəl Moldova Rusiyaya qarşı sanksiyalara qoşulub və onlarla rus diplomat Kişinyovdan qovulub.

Türkan İSGƏNDƏRLİ