BCM-in Baş Prokuroru üzv ölkələrə çağırış ETDİ
Beynəlxalq Cinayət Məhkəməsinin (ICC) Baş Prokuroru Kərim Xan üzv ölkələri Məhkəmənin İsrailin baş naziri Benyamin Netanyahu və keçmiş müdafiə naziri Yoav Qallanta qarşı çıxardığı həbs qərarlarını icra etməyə çağırıb.
Redaktor.az xəbər verir ki, Xan Netanyahu və Qallant üçün verilən həbs orderləri ilə bağlı açıqlama verib.
Kərim Xan mayın 20-də təqdim edilən ərizələrin müstəqil istintaq və məhkəmə prosesindən keçən obyektiv, təsdiq edilə bilən dəlillərə əsaslandığını bildirib və BCM üzvü olan ölkələri həbs qərarına əməl etməyə çağırıb.
Seymur BƏNNAYEV