ABŞ Ukraynaya xəbərdarlıq ETDİ
Amerika Birləşmiş Ştatlar Ukrayna və digər müttəfiqlərinə xəbərdarlıq edib.
Redaktor.az xəbər verir ki, bu barədə "Bloomberg" məlumat yayıb.
Məlumata görə, Vaşinqton Rusiyanın eksperimental silahlardan istifadə edə biləcəyini bildirib. Mənbə qeyd edib ki, Rusiya Ukraynada artıq əhəmiyyətli dərəcədə böyük döyüş başlıqlarına malik raketlərdən istifadə edib.
Xatırladaq ki, ABŞ Ukraynaya ATACMS silahları ilə Rusiyaya zərbə endirməyə icazə verib. Rusiya belə olduğu təqdirdə cavabının ağır olacağını bildirmişdi.
Türkan İSGƏNDƏRLİ