İsrail yardımın Qəzzaya çatmasının qarşısını almaq üçün bütün vasitələrdən istifadə edir - HƏMAS
HƏMAS bəyan edib ki, İsrail soyqırım və mühasirəyə məruz qoyduğu Qəzza zolağının şimalında fələstinlilərə yardım göstərilməməsi üçün hər cür cəhd edib.
Redaktor.az xəbər verir ki, HƏMAS Siyasi Bürosunun üzvü və Qəzzadakı sədr müavini Xəlil əl-Həyya verdiyi yazılı açıqlamada İsrailin Fələstin xalqına yardım göstərilməsinə mane olmaq üçün hər cür cəhd etdiyini bildirib.
İsrailin Qəzza zolağının şimalında 40, cənubda isə 60-ı keçməyən az sayda yardım maşınının girməsinə icazə verdiyini ifadə edən Həyya, bəzi günlərdə sözügedən bölgələrə heç bir yardımın daxil olmadığını qeyd edib.
Həyya, İsrailin Qəzzaya yardımın gəlməsinin qarşısını almaq üçün tətbiq etdiyi vasitələr çərçivəsində Rəfah Sərhəd Qapısını bağladığını və bir neçə aydır gözləyən yüzlərlə yük maşınının girməsinə mane olduğunu vurğulayıb.
Seymur BƏNNAYEV