Ukrayna parlamentindəki toplantı Rusiyanın hücum iddialarına görə ləğv EDİLDİ

 15:17 22.11.2024     71

Ukrayna parlamentində bu gün keçirilməsi planlaşdırılan iclas ləğv edilib. Səbəb kimi Rusiyanın Kiyevdəki hökumət binalarına hücum edəcəyi ilə bağlı iddialar göstərilib.

Redaktor.az xəbər verir ki, bu barədə hakim partiyanın deputatı Yevgeniya Kravçuk açıqlama verib.

Onun sözlərinə görə, etibarlı mənbələrdən kəşfiyyat məlumatı alınıb. Hücumun dəqiq vaxtı bəlli olmasa da, ehtiyat tədbiri olaraq parlament iclası təxirə salınıb.

Eyni zamanda, NATO və Ukrayna Şurasının gələn həftə Brüsseldə toplantı keçirəcəyi bildirilib. Görüşdə Rusiyanın sınaq məqsədilə atdığını iddia etdiyi hipersəs raket hücumu müzakirə olunacaq. Səfirliklər səviyyəsində baş tutacaq iclas çərşənbə axşamı planlaşdırılıb.

Seymur BƏNNAYEV