Blinken İtaliya və Vatikana səfər edəcək
ABŞ dövlət katibi Antoni Blinken noyabrın 23-27-də İtaliya və Vatikana səfər edəcək.
Redaktor.az xəbər verir ki, bu barədə Dövlət Departamenti məlumat yayıb.
"Blinken Yeddilik Qrupu ölkələrinin xarici işlər başçılarının Anaqni və Fiuggidə keçiriləcək görüşündə iştirak edəcək. Görüşdə Yaxın Şərq, Ukrayna, Hind-Sakit okean regionunda vəziyyətin müzakirəsi eləcə də Haiti və Sudandakı böhranlar. Bundan əlavə, Amerikanın xarici siyasət idarəsinin rəhbəri Vatikana səfər edəcək. Orada Papa Fransisklə görüşərək, Ukrayna böhranı və Yaxın Şərqdəki vəziyyəti müzakirə edəcək.
Türkan İSGƏNDƏRLİ