Londonda ABŞ Səfirliyi önündə "şübhəli paket" HƏYƏCANI

 20:07 22.11.2024     147

İngiltərənin paytaxtı Londonda ABŞ Səfirliyinin qarşısında “şübhəli paket” barədə məlumat alındıqdan sonra bölgə bağlanıb.

Redaktor.az xəbər verir ki, Səfirlikdən verilən açıqlamada bildirilib ki, yerli hakimiyyət orqanları Londondakı ABŞ Səfirliyinin önündəki şübhəli paketi araşdırır:

"Metropoliten Polisi hadisə yerindədir və ehtiyat tədbiri olaraq Ponton Yolu bağlanıb. Əlavə məlumat olduqda paylaşacağıq”.

İngiltərə polisi, araşdırmaların davam etdiyini və təhlükəsizlik məqsədilə nəzarətli partlayış həyata keçirildiyini bildirib.

Seymur BƏNNAYEV