NATO Baş katibi Rutte Türkiyəyə səfər EDƏCƏK
NATO Baş katibi Mark Rutte rəsmi görüşlər üçün Ankaraya səfər edəcək.
Redaktor.az xəbər verir ki, NATO-dan verilən yazılı açıqlamada, Rutte-nin vəzifəyə başladıqdan sonra ilk dəfə Türkiyəyə səfər edəcəyi və bu çərçivədə Prezident Rəcəb Tayyib Ərdoğan, Xarici İşlər naziri Hakan Fidan və Milli Müdafiə naziri Yaşar Gülərlə görüşəcəyi bildirilib.
Açıqlamada qeyd olunub ki, Rutte Türk müdafiə sənayesi rəsmiləri ilə də görüşəcək, Türk Aviasiya və Kosmik Sənaye müəssisələrini və Anıtqəbiri ziyarət edəcək.
Seymur BƏNNAYEV