600 min sakin Livanı tərk EDİB

 10:14 23.11.2024     181

İsrail şiə Hizbullah partiyasına qarşı hərbi əməliyyata başladıqdan sonra ən azı 596 min qaçqın Livanı tərk edib.

Redaktor.az xəbər verir ki,bu barədə Birləşmiş Millətlər Təşkilatının Humanitar Məsələlər üzrə Koordinasiya Ofisi bildirib.

Məlumata görə, Suriyaya 557 min insan köç edib ki, onların 37 faizi livanlı, 63 faizi isə suriyalıdır. Daha 39 min livanlı İraqa gedib.

Qeyd edək ki, sentyabrın 23-də İsrail Livanda yerləşən Hizbullahın hərbi obyektlərini hədəf alan "Şimal oxları" adlı hücum əməliyyatına başlayıb və ölkə daxilində kütləvi hava hücumları həyata keçirib. Oktyabrın 1-nə keçən gecə İsrail ordusu Livanın cənubundakı sərhədyanı bölgələrdə quru əməliyyatı elan edib.

Türkan İSGƏNDƏRLİ