Çin təyyarə və gəmiləri Tayvana yaxınlaşıb

 13:13 23.11.2024     321

Tayvan silahlı qüvvələri son sutka ərzində adaya yaxınlaşan Çin Xalq Azadlıq Ordusunun 7 gəmisi və 25 təyyarəsini aşkar edib.

Redaktor.az xəbər verir ki, bu barədə Tayvan Milli Müdafiə Nazirliyi məlumat yayıb.

Açıqlamaya görə, təyyarələrdən 13-ü Tayvan boğazının orta xəttini keçərək Tayvanın cənub-qərb və cənub-şərq hava hücumundan müdafiə identifikasiya zonalarına daxil olub.

Tayvan ordusu hədəfləri izləmək üçün təyyarələr, donanma gəmiləri və sahil raket sistemlərindən istifadə edib.

Tayvan 1949-cu ildən, Çan Kay-şekin (1887-1975) başçılıq etdiyi Kuomintang qüvvələrinin Çin Vətəndaş Müharibəsində məğlub olmasından sonra öz administrasiyası tərəfindən idarə olunur. Pekin Tayvanı Çin Xalq Respublikasının əyalətlərindən biri hesab edir.

Türkan İSGƏNDƏRLİ

Vumart və Güvən reklamı Vumart Güvən