Ailələr "TikTok"-u məhkəməyə VERDİ

 15:24 23.11.2024     145

Fransada 7 ailə “TikTok”-u məhkəməyə verib.

Redaktor.az xəbər verir ki, bu addıma səbəb uşaqların zərərli məzmuna məruz qalmasıdır.

Ailələr bu platformanın uşaqları özlərinə zərər verməyə, yemək pozğunluğuna və intihara səbəb ola biləcək davranışları təşviq etdiyini bildirərək qanuni tədbirlər görüb.

Bundan əvvəl də oxşar əsaslarla “TikTok”-a qarşı iddia qaldırılıb. “TikTok” ABŞ və Avropanın müxtəlif bölgələrində uşaqlar üçün təhlükəli məzmun daşıdığı və təhdid olduğu üçün məhkəməyə verilib.