İlon Mask öz rekordunu TƏZƏLƏDİ
Amerikalı sahibkar İlon Mask növbəti dəfə özünün 2021-ci il dünya rekordunu qıraraq tarixin ən zəngin adamı olub.
Redaktor.az xəbər verir ki bu barədə "Bloomberg" agentliyi məlumat yayıb.
Məlumata görə, Maskın sərvəti hazırda 348 milyard dollar qiymətləndirilir. 2021-ci ilin noyabrında Tesla və SpaceX -in qurucusu 340 milyard dollar kapitala sahib idi.
Bundan əlavə, İlon Mask digər milyarderləri nəzərəçarpacaq dərəcədə qabaqlayır. Beləliklə, reytinqdə ikinci yeri tutan Amazon-un qurucusu Ceff Bezosun sərvəti hazırda 219 milyard dollardır.
Seymur BƏNNAYEV