Ərdoğan ilə Mark Rütte Rusiya-Ukrayna müharibəsindəki son vəziyyəti müzakirə EDƏCƏK

 11:37 24.11.2024     150

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bazar ertəsi (25 Noyabr – Qeyd) Ankaraya səfəri zamanı NATO-nun Baş katibi Mark Rütte ilə Rusiya-Ukrayna müharibəsindəki son vəziyyəti müzakirə edəcək.

Redaktor.az xəbər verir ki, bu barədə “Reuters” Türkiyə rəsmisinə istinadən məlumat yayıb.

Qeyd olunub ki, danışıqlar zamanı Ərdoğan və Rütte həmçinin NATO müttəfiqləri arasında müdafiə satınalmalarına maneələrin aradan qaldırılmasını, hərbi alyansın terrora qarşı birgə mübarizəsi müzakirə edəcəklər.