Ərdoğan Putinlə telefonla DANIŞDI
Türkiyə Prezidenti Rəcəb Tayyin Ərdoğanla Rusiya lideri Vladimir Putin arasında telefon danışığı olub.
Redaktor.az xəbər verir ki, bu barədə Türkiyə Prezident Administrasiyası məlumat yayıb.
Məlumata görə, telefon danışığında iki ölkə arasında əlaqələr, regional və qlobal məsələlər müzakirə olunub.
Qeyd edilib ki, Ərdoğan telefon danışığında Türkiyə və Rusiya arasında ticarət dövriyyəsinin genişləndirilməsi başda olmaqla, bir çox sahədə işbirliyini artırmağı hədəflədiklərini bildirib. Eyni zamanda Türkiyənin bölgədəki gərginliklərə son qoymaq üçün səylərini davam etdirdiyini, sülh proseslərinə dəstək verməyə davam ediləcəyini nəzərə çatdırıb.