Şiddətin Kökünü Birlikdə Qurutmalıyıq - Əminə Ərdoğan
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın həyat yoldaşı Əminə Ərdoğan, "25 Noyabr - Qadınlara Qarşı Şiddətlə Beynəlxalq Mübarizə Günü" münasibətilə şiddətə qarşı həmrəyliyə çağırış edib.
Redaktor.az xəbər verir ki, Əminə Ərdoğan sosial media hesabında paylaşdığı müraciətində şiddətin yalnız bir bədənə deyil, ruhlara, gələcək nəsillərə və ümumilikdə cəmiyyətə böyük zərər verdiyini vurğulayıb:
“Şiddətin kökünü qurutmaq, hamımızın əlbir şəkildə aparacağı səylərdən asılıdır. İnanıram ki, dövlətimizin şiddətin hər formasına qarşı atdığı güclü addımlar, media, vətəndaş cəmiyyəti qurumları və vicdanlı hər bir fərdin dəstəyi ilə daha da təsirli olacaqdır. Şiddətsiz bir dünya qurmaq üçün bir-birimizə daha çox bağlanmalıyıq. Ümid edirəm ki, övladlarımıza şiddətdən uzaq bir dünya bəxş edə biləcəyik".
Bu açıqlama, qadınlara qarşı şiddətin qarşısını almaq məqsədilə ictimaiyyətin bütün təbəqələrinə çağırış kimi qiymətləndirilir.
Seymur BƏNNAYEV