Qəzza əhalisi çətin qış şərtləri üzündən NARAHATDIR
İsrailin Qəzza Zolağında apardığı hücumlar səbəbindən evlərini tərk edən Fələstinlilər, bir stadionda qurduqları naylon və parça çadırlarda çətin qış şəraitində həyat mübarizəsi aparırlar.
Redaktor.az xəbər verir ki, İsrailin blokada altında saxladığı Qəzza Zolağına qarşı davam edən amansız hücumlar 416 gündür fasiləsiz olaraq davam edir. Bu müddət ərzində yerindən edilmiş Fələstinlilər ikinci qışı, çox çətin şəraitdə, çadırlarda keçirməyə məcbur olurlar.
Qəzzaya havadan və qurudan edilən hücumlar və sərhəd qapılarına tətbiq olunan tam embargo səbəbindən bölgədəki humanitar böhran daha da dərinləşir.
Seymur BƏNNAYEV