Rusiyada Telegram-a cəza KƏSİLDİ
Rusiya, bəzi qadağan olunmuş məzmuna girişin qarşısını almadığı üçün Telegram platformasına 7 milyon rubl (təxminən 67 min ABŞ dolları) məbləğində cəza kəsib.
Redaktor.az xəbər verir ki, Telegram-a qarşı açılan məhkəmə prosesi Moskva şəhərində keçirilib.
Məhkəmə, platformada bəzi qadağan olunmuş məzmuna girişin qarşısının alınmadığına qərar verərək, Telegram-ın 7 milyon rubl cərimə ödəməsinə hökm edib.
Qeyd edək ki, Rusiya hökuməti daha əvvəl Apple, Google, TikTok və Facebook kimi xarici platformalara da oxşar səbəblərdən cərimələr tətbiq etmişdi.
Seymur BƏNNAYEV