Sabahdan etibarən Gürcüstan parlamenti hökumətə etimad proseduruna BAŞLAYACAQ

 23:05 25.11.2024     64

Sabahdan etibarən Gürcüstan parlamenti hökumətə etimad proseduruna başlayacaq.

Redaktor.az "Report"a istinadən xəbər verir ki,  əvvəlcə yerli vaxtla saat 13:00-da Xarici Əlaqələr Komitəsinin iclası keçiriləcək. Burada xarici işlər naziri vəzifəsinə namizəd Maka Boçorişvili dinləniləcək.

Komitə iclasından əvvəl büro iclası keçiriləcək, burada Baş nazir vəzifəsinə namizəd İrakli Kobaxidze hökumətin yeni tərkibini və proqramını rəsmi təqdim edəcək.

Reqlamentə əsasən, parlamentin komitələri hər bir namizədi (nazirləri-red) ayrı-ayrılıqda dinləyəcək, plenar iclasda isə Baş nazir namizədi və hökumət komandası birgə parlamentə təqdim olunacaq.

Hökumətə etimad üçün 76 deputatın dəstəyi lazımdır.