Zelenski cəbhədəki son vəziyyəti AÇIQLADI

 09:15 26.11.2024     157

Ukrayna Prezidenti Volodimir Zelenski ölkənin Silahlı Qüvvələrinin Baş Komandanı Oleksandr Sırski ilə görüş keçirib. 

Redaktor.az xəbər verir ki, Zelenski bu barədə teleqram səhifəsində bildirib.

Görüş zamanı hərbi əməliyyatların əsas istiqamətləri müzakirə olunub.

Zelenski görüşdə Donetsk vilayətindəki vəziyyətə xüsusi diqqət yetirildiyini bildirib. Qeyd edib ki, xüsusilə Kuraxova istiqaməti cəbhənin ən çətin hissəsi olaraq qalır, burada Ukrayna hərbçilərinin mövqelərinin möhkəmləndirilməsi üzrə işlər davam edir.

Prezidentin sözlərinə görə, Zaporojye istiqamətində diqqət tələb edən təhlükələr olsa da, Ukrayna Silahlı Qüvvələri vəziyyətə nəzarət edir.

Zelenski bildirib ki, Kursk vilayətinin sərhəd bölgəsində əməliyyat davam edir. Bu əməliyyat zamanı ukraynalı əsgərlər nəinki mövqeləri müdafiə edir, həm də Rusiya hərbçilərinə xeyli itki verirlər. 

Ukrayna lideri vurğulayıb ki, bu istiqamətdə əsas vəzifə Rusiyanın potensialını mümkün qədər zəiflətməkdir.