Dünyanın ən yaşlı adamı 112 yaşında vəfat etdi

 15:11 26.11.2024     55

İngiltərədə dünyanın ən yaşlı adamı kimi tanınan Con Alfred Tinnisvud 112 yaşında vəfat edib.

Redaktor.az xəbər verir ki, bu barədə Britaniyanın "Daily Mirror" qəzeti məlumat yayıb.

Britaniyalının ailə üzvlərinin dediyinə görə, həyatının son günlərində o, sevgi və musiqi ilə əhatə olunub. Onlar Tinnisvudu ağıllı, cəsur və qətiyyətli insan, həmçinin əla natiq və riyaziyyatda bacarıqlı biri kimi xatırlayıblar.

Tinnisvud uzunömürlülüyünü şansla əlaqələndirirdi. O, heç bir pəhriz saxlamır, cümə günləri balıq və kartof qızartması yeyirdi. 112 yaşlı qoca gündəlik işlərinin çoxunu özü görür, maliyyə vəziyyətinin hesabını aparır, radioda dünya xəbərlərini dinləyirdi. Tinnisvuda görə, sağlam qalmaq üçün əsas şərt hhər şeyi qədərində edə bilmək olub.

Dünyanın ən yaşlı adamı statusunun əvvəlki sahibi 114 yaşında vəfat edən venesuelalı Xuan Visente Peres Mora olub.

Sevinc İBRAHİMZADƏ