Sədr avropalıları azadlıq uğrunda mübarizəyə çağırdı
Avropa Komissiyasının sədri Ursula fon der Leyen Avropa Parlamentinin plenar iclasında Ukrayna müharibəsinə bənzər “azadlıq” mübarizəsinə rəhbərlik edəcəyini bildirib.
Redaktor.az xəbər verir ki, onun çıxışı Avropa Parlamentinin saytında dərc olunub.
“Avropa nəslimiz bir daha azadlıq və suverenlik uğrunda mübarizə aparmalıdır. Müdafiə xərclərimiz artmalıdır. Bizə vahid müdafiə bazarı lazımdır. Biz müdafiə sənayesi bazasını gücləndirməliyik”, - deyə fon der Leyen bildirib.
O vurğulayıb ki, avropalılar da ukraynalılar kimi azadlıq uğrunda mübarizə aparmalı olacaqlar.
Sevinc İBRAHİMZADƏ