Livanla atəşkəs razılaşması İsrail üçün alçaldıcıdır - Hüseyn Səlami
İsrailin Livanda atəşkəs razılaşması yalnız onu göstərir ki, yəhudi dövləti Livanın şiə Hizbullah hərəkatı ilə münaqişədə məğlubiyyətini etiraf edib.
Redaktor.az xəbər verir ki, bunu İran İslam İnqilabı Keşikçiləri Korpusunun komandiri Hüseyn Səlami deyib.
"Livan cəbhəsində atəşkəs sionist rejimi üçün strateji və alçaldıcı məğlubiyyətdən başqa bir şey deyil. Hizbullaha qarşı müharibədə o, öz məqsədlərinə çatmağa və şeytani istəklərini təmin etməyə belə yaxınlaşmadı. Bu hətta atəşkəs və Qəzzada müharibəyə son qoymaq üçün başlanğıc ola bilər", - bildirib.
Salami Livan hərəkatının baş katibi Şeyx Nəim Qasimə əldə edilən atəşkəs münasibəti ilə təbrik edərək, bunu Livan xalqının şücaəti və cəsarəti sayəsində qazanılan böyük qələbə adlandırıb. O, həmçinin Hizbullah döyüşçülərinin İsraillə qarşıdurmada göstərdiyi şücaəti təqdir edib.
Türkan İSGƏNDƏRLİ