Pekin Ukrayna münaqişəsi ilə bağlı nüvə risklərindən narahatdır

 12:00 28.11.2024     58

Çin Ukrayna münaqişəsi ilə bağlı nüvə risklərindən narahatdır və nüvə silahından istifadənin yolverilməzliyini bir daha bəyan edir.

Redaktor.az xəbər verir ki, bunu Çin Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mao Ninq deyib.

"Çin Ukrayna münaqişəsinin yaratdığı nüvə risklərindən dərin narahatdır və dəfələrlə bəyan edib ki, nüvə silahından istifadə edilməməli, nüvə müharibəsi başlanmamalıdır", - Çin Xarici İşlər Nazirliyinin sözçüsü bildirib.

Diplomat həmçinin bütün tərəfləri təmkinliyi qorumağa, strateji risklərin azaldılmasına yönəlmiş dialoq və məsləhətləşmələr vasitəsilə vəziyyətin nizamlanmasına birgə töhfə verməyə çağırıb.

Türkan İSGƏNDƏRLİ