Paşinyan ailəsi ilə birlikdə qəzaya düşüb: Özü DANIŞDI
Ermənistanın baş naziri Nikol Paşinyan qəzaya düşüb.
Redaktor.az modern.az-a istinadla xəbər verir ki, o, hökumətin bugünkü iclasında qəzaya uğradığını bildirib.
"Mən şəxsi təcrübəmi bölüşmək istəyirəm. Mən özüm üçün prinsip eləmişəm ki, maşında qış təkərləri olmalıdır. Bunu ailə üzvlərimlə qarlı yolda qəzaya düşdüyümdən sonra anladım", - Paşinyan deyib.
O, qəzanın tarixini və yerini açıqlamayıb.