İtaliya dünyanın ən böyük pirat şəbəkəsinə hücum etdi
İtaliyanın kibercinayətkarlıq üzrə ixtisaslaşan polis bölməsi qeyri-qanuni yayımçılardan ibarət haker şəbəkəsini üzə çıxarıb.
Redaktor.az İtaliyanın "Fanpage" nəşrinin məlumatına istinadən xəbər verir ki, ən azı 22 milyon insan pirat istifadəçi olub.
İtaliya polisinin məlumatına görə, antipirat əməliyyatı Avropada və bəlkə də dünyada ən böyük audiovizual hadisədir. Təxminən 270 "kiber polis" İtaliyanın 15 bölgəsində təxminən 89 axtarış həyata keçirib.
Beynəlxalq əməkdaşlıq çərçivəsində analoji bölmələr İngiltərə, Hollandiya, İsveç, İsveçrə, Rumıniya və Xorvatiyada 14 axtarış həyata keçirib. Xorvatiyada 11 nəfər qanunsuz yayım şəbəkəsinə qoşulmaqda şübhəli bilinərək saxlanılıb.
Sevinc İBRAHİMZADƏ