Robert Köçəryana qarşı yeni ittihamlar irəli SÜRÜLDÜ

 18:20 28.11.2024     62

Ermənistan Baş Prokurorluğu eks-prezident Robert Köçəryana və İrəvan qarnizonunun keçmiş rəisi Yuri Xaçaturova qarşı yeni ittihamlar irəli sürüb.

Redaktor.az xəbər verir ki, Köçəryan və Xaçaturov xidməti vəzifələrini aşmaq, ehtiyatsızlıqdan ağır nəticələrə səbəb olmaqda ittiham olunurlar.

Qeyd edək ki, cinayət işi 2008-ci il 1 mart hadisələrinə aiddir. Həmin vaxt İrəvanda təhlükəsizlik qüvvələri ilə müxalifət arasında toqquşma baş verib. Nəticədə 10 nəfər həlak olub, yüzlərlə insan yaralanıb.