Macarıstan Ukraynaya silah tədarükünü artırmağa qarşıdır

 18:55 28.11.2024     143

Macarıstan ABŞ və Avropa İttifaqının (Aİ) yaxın aylarda Ukraynaya silah tədarükünü artırmaq cəhdlərinə qarşıdır.

Redaktor.az xəbər verir ki, bunu Macarıstan Baş nazirinin ofisinin rəhbəri Gergely Gulyas deyib.

O bildirib ki, Macarıstan Ukraynadakı münaqişənin həllinə ümidlərini problemi həll edəcəyinə dair vədi və Respublikaçı Donald Trampın qarşıdan gələn qayıdışına güvənmir:

"Görünür, indiki Demokratik administrasiya və Avropa rəhbərliyinin bir hissəsi ABŞ-nin yeni Prezidenti yanvarın 20-də vəzifəsinin icrasına başlamazdan əvvəl münaqişənin gərginləşməsi riskini istənilən yolla artırmaq istəyir. Macarıstan hökuməti qarşıdakı aylarda Ukraynaya silah tədarükünü artırmaqla ABŞ-nin yeni administrasiyasının sülh siyasətinə mane olmağa qəti şəkildə qarşıdır”, -Gulyas qeyd edib.

Türkan İSGƏNDƏRLİ