AB Ukraynaya 18,1 milyard avro kredit AYIRIR

 20:05 28.11.2024     142

Avropa Birliyi (AB) və Ukrayna Yeddilik Qrupu (G7) sazişi çərçivəsində Kiyevə 18,1 milyard avro məbləğində kreditin ayrılması barədə anlaşma memorandumu imzalayıb.

Redaktor.az xəbər verir ki, bu barədə Avropa Komissiyasının sədr müavini Valdis Dombrovskis deyib.

O bildirib ki, kredit Rusiya Federasiyasının dondurulmuş aktivlərindən əldə edilən gəlir hesabına ayrılacaq.