Gürcüstanda etirazlar yenidən alovlandı
Baş nazir İrakli Kobaxidzenin ölkənin 2028-ci ilin sonuna kimi Aİ ilə danışıqlara getməyəcəyini bəyan etməsindən sonra Tbilisi və Gürcüstanın digər şəhərlərində etirazlar başlayıb.
Redaktor.az xəbər verir ki, bu barədə Gürcüstan KİV məlumat yayıb.
Məlumata görə, yüzlərlər nümayişçi “Gürcü Arzusu – Demokratik Gürcüstan” partiyasının mərkəzi ofisinin qarşısına toplaşıb. Hadisə yerinə çoxsaylı hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub.
Xatırladaq ki, Aİ və ABŞ arasında Gürcüstanla münasibətlər bu ilin may ayında parlamentin “Xarici təsirin şəffaflığı haqqında” qanunu qəbul etməsindən sonra kəskin şəkildə pisləşməyə başlayıb.
Türkan İSGƏNDƏRLİ