Qəzzada məcburi köçkünlərin 90 faizi çadırlarda yaşayır - ÜST

 22:42 28.11.2024     51

Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Baş direktoru Tedros Adhanom Qebreyesus İsrailin hücumları nəticəsində Qəzzada məcburi köçkünlərin 90 faizinin çadırlarda yaşadığını bildirib.

Redaktor.az xəbər verir ki, Qebreyesus ÜST-nın həftəlik mətbuat konfransında çıxışı zamanı vəziyyətin ağır olduğunu qeyd edib.

O, bir il əvvəl məcburi köçkünlərin əksərinin dövlət binalarında və ya qohumlarının yanında sığındığını xatırladaraq, hazırkı vəziyyətin daha ağır olduğunu vurğulayıb.

“Hazırda Qəzzada məcburi köçkünlərin 90 faizi çadırlarda yaşayır. Bu, onları tənəffüs yolu xəstəlikləri və digər sağlamlıq problemlərinə qarşı həssas edir", –  Qebreyesus deyib. 

Seymur BƏNNAYEV