Həmas Qəzzadakı soyqırımı dayandırmaq üçün qlobal etiraz çağırışı ETDİ

 22:44 28.11.2024     52

Həmas İsrailin Qəzzada həyata keçirdiyi soyqırımın dayandırılması məqsədilə sabahdan başlayaraq bazar gününə qədər bütün dünyada etiraz aksiyalarının keçirilməsinə çağırış edib.

Redaktor.az xəbər verir ki, 29 noyabr – Beynəlxalq Fələstinlə Həmrəylik Gününə həsr olunmuş yazılı açıqlamada, İsrailin Qəzzada Fələstin xalqına qarşı "barbar hücumlar və soyqırımı" davam etdirdiyi vurğulanıb.

Açıqlamada deyilir: “İsrailin Qəzzadakı soyqırımını dayandırmaq üçün bütün şəhərlərdə, paytaxtlarda və meydanlarda həmrəylik yürüşləri və kütləvi tədbirlər təşkil edərək 29 noyabr - 1 dekabr tarixlərini qlobal həmrəylik günləri kimi qəbul etməyə çağırırıq".

Seymur BƏNNAYEV