Baltik dənizində sualtı internet kabellərini kəsən şübhəli tapıldı

 09:31 29.11.2024     125

Beynəlxalq müstəntiqlər Çinin "Yi Peng 3" gəmisinin Baltik dənizində sualtı internet kabellərini qəsdən zədələdiyindən şübhələnirlər.

Redaktor.az xəbər verir ki, bu barədə "The Wall Street Journal"  yazır.

İddialara görə, gəmi lövbərini dəniz dibi ilə 160 km-dən çox sürükləyib və iki kabelə ziyan vurub. Biri İsveçin Qotland adasını Litva ilə, digəri isə Finlandiya ilə Almaniyanı birləşdirən kabeli zədələnib.

İsveç, Litva, Finlandiya, Almaniya və digər ölkələrin hakimiyyət orqanları birgə bu qəzanın Rusiya kəşfiyyatı tərəfindən təşkil edilib-edilmədiyini öyrənməyə çalışır. Rusiya hər hansı əlaqəni inkar etsə də, bəzi media mənbələri gəminin sahibi Ningbo Yipeng Shipping şirkətinin istintaqla əməkdaşlıq etdiyini bildirir. Qərbin xüsusi xidmət orqanlarının nümayəndələri hesab edirlər ki, Çin hökuməti təxribatda iştirak etmir.

Araşdırma davam edir.

Sevinc İBRAHİMZADƏ