Antalyada zəlzələ OLDU

 23:25 29.11.2024     184

Antalyanın Gazipaşa rayonunda bu axşam yerli saatla 22:13-də 4,8 bal gücündə zəlzələ baş verib.

Redaktor.az xəbər verir ki, bu barədə Fövqəladə Hallar və Təcili Yardım İdarəsi (AFAD) məlumat verib. 

Zəlzələnin yerin 34,79 kilometr dərinliyində baş verdiyi bildirilib. Təbii fəlakətin dənizdə qeydə alındığı açıqlanıb. Hazırda hər hansı bir zərər və ya itki barədə məlumat yoxdur.

Seymur BƏNNAYEV