Rusiyadakı azərbaycanlıların NƏZƏRİNƏ! - Bundan sonra...

 09:38 30.11.2024     84

Rusiyanın paytaxtı Moskvada miqrantlar üçün şəxsi məlumatları və QR kodu olan xüsusi şəxsiyyət vəsiqələri tətbiq ediləcək.

Redaktor.az oxu.az-a istinadən xəbər verir ki, şəhərdə miqrantlarla bağlı yeni nəzarət tədbiri həyata keçiriləcək.

Vəsiqədə QR kodun olması səbəbindən onu saxtalaşdırmaq mümkün olmayacaq - bütün məlumatlar Daxili İşlər Nazirliyinin serverlərində saxlanılacaq.

Yenilik polisə əcnəbinin identifikasiyasını sürətləndirməyə, həmçinin onun barmaq izi kimi məcburi prosedurları yoxlamağa imkan edəcək. Sənəd, həmçinin cinayət törətmiş miqrantların axtarışına da kömək edəcək. Vəsiqə Çoxfunksiyalı Miqrasiya Mərkəzində 14 yaşdan yuxarı bütün əcnəbilərə veriləcək.

Xatırladaq ki, dekabrın 1-dən Moskva hava limanlarında Belarus vətəndaşları istisna olmaqla, bütün əcnəbilər üçün biometrik nəzarət tətbiq olunacaq. Eksperimentin nəticələrinə əsasən qanunvericiliyə dəyişikliklər ediləcəyi bildirilib.