Suriya ordusu Hələbdən geri ÇƏKİLİR

 15:02 30.11.2024     161

Suriya hakimiyyəti Hələb hava limanını və şəhərə gedən bütün yolları bağlayıb.

Redaktor.az xəbər verir ki, bu barədə “Reuters” üç hərbi mənbəyə istinadən məlumat yayıb.

Bildirilir ki, Suriya ordusuna silahlıların daxil olduğu şəhərin əsas bölgələrindən də “təhlükəsiz geri çəkilmək” əmri verilib.

Silahlıların Hələbin mərkəzinə çatdıqlarını və şəhərin müxtəlif ərazilərini təmizlədiklərini bildiriblər. Agentlik, həmçinin Rusiyanın Dəməşqə üsyançılarla mübarizə üçün əlavə hərbi yardım vəd etdiyini bildirib. Yeni avadanlıq üç gün ərzində təhvil veriləvək.

Qeyd edək ki, Suriya üsyançıları noyabrın 26-da Hələbə hücuma başlayıblar. Noyabrın 29-da silahlı qüvvələr şəhərə daxil olduqlarını elan etdilər.