Türkiyənin Suriyadakı döyüşlərlə heç bir əlaqəsi yoxdur - Hakan Fidan

 16:15 30.11.2024     70

Türkiyə hökumətinin Suriyanın İdlib və Hələb əyalətlərində hökumətyönlü qoşunlarla müxalif qüvvələr arasında gedən döyüşlərlə heç bir əlaqəsi yoxdur.

Redaktor.az xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Hakan Fidan deyib.

“Türkiyə Hələbdəki qarşıdurmalara qarışmır. Ehtiyat tədbirləri görülür. Yeni miqrasiya dalğasına səbəb olacaq heç bir addım atmayacağıq”, - H.Fidan deyib.