Silahlı qruplar İdlibdə tam nəzarəti ələ KEÇİRDİ
Suriyada Əsəd rejiminə qarşı silahlı qruplar Han Şeyxun şəhərini geri alaraq İdlib vilayətində tam nəzarəti təmin edib.
Redaktor.az xəbər verir ki, 27 noyabrdan başlayaraq rejim qüvvələri ilə şiddətli döyüşlər aparan müxalif qruplar, bu günədək 50-dən çox kəndi rejimdən azad edib. Han Şeyxun şəhərinin ələ keçirilməsi ilə İdlibdə rejimə qarşı tam üstünlük təmin olunub.
Qeyd edək ki, Rusiya dəstəyi ilə Əsəd rejimi 2019-cu ilin avqust ayında Soçi və Astana razılaşmalarını pozaraq Han Şeyxun və ətraf bölgələrə nəzarəti ələ keçirmişdi. Bu gün isə müxalif qüvvələr İdlibin ən böyük şəhərlərindən biri olan Maarrətünnumanı da rejimdən geri alıb.
Seymur BƏNNAYEV