İran və Rusiya XİN rəhbərləri Suriyadakı vəziyyəti müzakirə ETDİ

 22:00 30.11.2024     152

İran xarici işlər naziri Abbas Əraqçi və Rusiya xarici işlər naziri Sergey Lavrov Suriyada baş verən son hadisələrlə bağlı fikir mübadiləsi aparıb.

Redaktor.az xəbər verir ki, İran XİN-in yaydığı yazılı açıqlamada bildirilib ki, görüş zamanı nazirlər Astana prosesinin zəmanətçiləri olan Türkiyə, İran və Rusiya arasında koordinasiyanın vacibliyini vurğulayıb.

Açıqlamada Əraqçi və Lavrovun Suriya ərazisinin bütövlüyünü, milli suverenliyini və terror təşkilatlarına qarşı mübarizəni qətiyyətlə dəstəklədikləri qeyd edilib.

Lavrov, həmçinin, Suriyada bütün tərəflər arasında koordinasiya və yaxın məsləhətləşmələrin davam etdirilməsinin əhəmiyyətini diqqətə çatdırıb.

Seymur BƏNNAYEV