İsrail daha bir SEPAH generalını ÖLDÜRDÜ
Suriyadakı iranlı hərbi məsləhətçilər korpusunun rəhbəri general-mayor Keyumərs Purhaşimi öldürülüb.
Redaktor.az xəbər verir ki, bu barədə məlumatı İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) komandanı general-leytenant Hüseyn Səlami təsdiqləyib.
O, İranın Suriyadakı baş hərbi müşaviri, Hac Haşim ləqəbi ilə tanınan general-mayor Keyumərs Purhaşiminin İsrail tərəfindən öldürüldüyünü bildirib.
Qeyd edək ki, daha öncə İranın SNN telekanalı Hələb şəhəri yaxınlığında Purhaşiminin öldüyü barədə məlumat yayıb.