Ağ Ev Ukrayna ilə bağlı mühüm məsələyə münasibət BİLDİRDİ

 19:43 01.12.2024     200

“Ukrayna Rusiya ilə sülh əldə etmək üçün ərazi güzəştləri baxımından mövqeyini özü müəyyən etməlidir”.

Redaktor.az xəbər verir ki, bunu ABŞ prezidentinin milli təhlükəsizlik üzrə müşaviri Ceyk Sallivan CNN telekanalına açıqlamasında deyib.

“Mənim fikrimcə, əsas məqam ondan ibarətdir ki, Ukrayna özü öz müqəddəratını təyin etməlidir”, - deyə o qeyd edib.

Onun sözlərinə görə, həll yolu kənardan, o cümlədən Vaşinqton tərəfindən tətbiq edilməməlidir. O qeyd edib ki, Vaşinqton Kiyevlə fəal qarşılıqlı əlaqədə olur, gələcək danışıqların mümkün formatını müzakirə edir.